Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

HDQ-də Ulu Öndərin 100 illiyi münasibətilə tədbir keçirilib VİDEO

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin rəsmilərinin, HDQ şəxsi heyətinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsi qarşısına qızılgüllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani təntənəli mərasim iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən silsilə tədbirlər həyata keçirilir. Ulu Öndərin mənalı ömür yolu dərindən öyrənilir, zəngin irsi geniş təbliğ olunur və Azərbaycan Ordusunun şəxsi heyəti Heydər Əliyevin ideyalarına gələcəkdə də sədaqət nümayiş etdirəcəklərini, Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət Himni ifa olunub.

Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov geniş məruzə ilə çıxış edib.

Komandan Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş Ümummilli Liderin ömür yolundan, müstəsna xidmətlərindən danışıb.

Bir daha vurğulanıb ki, xalqımız yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Fəaliyyətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışan vitse-admiral nəzərə çatdırıb ki, hələ 52 il öncə, 1971-ci ildə Ulu Öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb.

Keçmiş Sovetlər İttifaqı tərkibində olduğumuz bir zamanda, totalitar rejimin, kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə nəinki analoqu olmayan belə bir məktəbi yaratmaq, hətta təşəbbüs göstərmək böyük cəsarət tələb edirdi. Bu, Moskvanın, Kremlin tələblərinə tamamilə zidd olan bir təşəbbüs idi. Ümummilli Lider müsahibələrin birində qeyd etmişdir ki, biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını və dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır.

Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı Hərbi liseyin yetirmələri Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra respublikamızın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan hərbi əməliyyatlarda həmişə ön cəbhədə yer almışlar. Onlardan 19 nəfər böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı”, 11 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülmüş, yüzlərlə hərbi qulluqçu orden və medallarla təltif olunmuşdur.

Diqqətə çatdırılıb ki, müasir mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Bu ordunu isə Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ordu səviyyəsinə yüksəltmişdir.

Son 20 il ərzində ordumuzun maddi-texniki bazası daha da möhkəmlənmiş, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həll edilir, müasir silahlar, hərbi texnika alınır, yüksək ixtisaslı peşəkar hərbçilər yetişdirilir. Bütün bunların nəticəsində 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında “Günnüt zəfəri” ilə hərb tariximizə parlaq səhifələr yazılıb, Tovuz döyüşləri zamanı düşmən təxribatlarının qarşısı qətiyyətlə alınıb.

Komandan böyük iftixar hissi ilə bildirib ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində olduğu kimi, HDQ-nin şəxsi heyəti də Ulu Öndərin 100 illiyini Vətən müharibəsində qazanılan böyük Zəfərin yaratdığı Qələbə əhvali-ruhiyyəsi ilə qarşılayır.

Bu müharibədə HDQ-nin dəniz xüsusi təyinatlıları müharibənin ikinci günündə Goranboy rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra hərbi dənizçilərimiz Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində hücumu davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərin körpüsünə bayraq sancaraq azad edilən əraziləri aidiyyəti üzrə digər qoşunların bölmələrinə təhvil veriblər.

HDQ xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib. Dənizçi zabitimiz Qubadlı şəhərinin azad olunması barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edərək Qubadlı şəhərinin azad edildiyini bildirib.

Komandan vurğulayıb ki, Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstərən hərbi dənizçilərimiz düşmənin alınmaz qalaya çevirdiyi və onlarla igidimizin şəhid olduğu “Qızılqaya” yüksəkliyinin alınması uğrunda ağır döyüşlərdə də fərqləniblər. Hərbi dənizçilərdən 3 nəfər, biri ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 7 nəfər “Qarabağ” ordeni, o cümlədən digər döyüş orden və medalları ilə təltif olunub.

Vitse-admiral S.Bəkirov çıxışının sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Müdafiə Nazirliyinin rəhbərliyini və xalqımızı əmin edib ki, HDQ-nin şəxsi heyəti bundan sonra da Ulu Öndərin ideyalarına daim sadiq qalacaq, qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək, Azərbaycanın dövlət müstəqilliyinin daimiliyi, əbədiliyi, sarsılmazlığı naminə Vətənin çağırışına hər an hazır olacaqlar.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələrindən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, “Zəfər” ordenli general-mayor Anar Kərimov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru, birinci dərəcəli kapitan Nurulla Əliyev, Respublika Veteranlar Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Əməkdar jurnalist, professor, siyasi elmlər doktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyev haqqında ən səmimi sözlərini deyib, xatirələrini söyləyiblər.

Bakı Bələdiyyə Teatrı və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə Abdulla Qurbaninin “Xilaskar” poeması əsasında hazırlanmış və vizual görüntülərlə müşayiət olunan ədəbi-musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda bir qrup incəsənət nümayəndəsi “Heydər Əliyev İli” çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə HDQ komandanlığı adından fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

HDQ-də Ulu Öndərin 100 illiyi münasibətilə tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib