Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“HESABLAMA PALATASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 480; 2001-ci il, № 11, maddə 676, № 12, maddə 744; 2004-cü il, № 4, maddə 202) 13-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“Dövlət Hesablama Palatasının təminatı üzrə zəruri tədbirlər həyata keçirir.

Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı şərti maliyyə vahidinin 1200 mislinə bərabərdir.

Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə, Hesablama Palatası auditorunun aylıq vəzifə maaşı isə sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir.

Hesablama Palatasının sədrinə, onun müavininə və auditorlarına hər ay vəzifə maaşının 25 faizi məbləğində pul təminatı verilir.

Hesablama Palatası Aparatının işçilərinin vəzifə maaşları dövlət qulluqçularının vəzifə maaşlarını müəyyən edən qanunvericilik aktları ilə tənzimlənir.

Hesablama Palatasının sədrinin, onun müavininin və auditorların digər təminatları Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təminatlarına bərabərdir.”.

II. Bu Qanun 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 sentyabr 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin