HEYDƏR ƏLİYEVİN ADI ƏBƏDİLƏŞDİRİLİR
Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayon əhalisinin çoxsaylı təklifləri nəzərə alınaraq, şəhərin mərkəzi meydanına ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir. Hazırda burada abadlıq və yenidənqurma işləri aparılır, Heydər Əliyev guşəsi yaradılır.