ELM VƏ TƏHSİL
HEYDƏR ƏLİYEVİN DİPLOMATİK FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS
AZƏRTAC-ın müxbiri xəbər verir ki, respublika ali məktəblərinin müəllim və aspirantlarının, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin qatıldığı tədbiri universitetin rektoru Səməd Seyidov açaraq qeyd etmişdir ki, konfrans ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümünə həsr olunur. Biz vətəndaşlarımız tərəfindən xalqımızın ümummilli liderinin həm daxili, həm də xarici siyasətinin dərindən öyrənilməsini əsas vəzifələrdən biri sayırıq.
Təhsil naziri Misir Mərdanov, xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək ümummilli liderimiz Heydər Əliyev diplomatiyasının elmi əsaslarla öyrənilməsinin vacibliyini vurğulamışlar.
ABŞ, Yaponiya və Fransanın ölkəmizdəki səfirləri də konfransda çıxış etmişlər.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Diplomatik kadrların hazırlanması: problemlər və vəzifələr”, təhsil nazirinin müavini İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı”, BDU-nun tarix fakültəsinin dekanı Yaqub Mahmudov “Dahi siyasətçi, böyük diplomat” mövzularında məruzə etmişlər. Diplomatiya qarşısında duran vəzifələrə toxunan natiqlər, diplomatik kadrların hazırlanması metodikasının təkmilləşdirilməsinin, beynəlxalq münasibətlər ixtisası üzrə tədrisin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulamışlar.
Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin xarici siyasətini əks etdirən filmə baxmışlar.
Sonra konfrans bölmə iclaslarında öz işini davam etdirmişdir.