Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

HEYDƏR ƏLİYEVİN MÜƏMMALI İNFARKTI
KEÇMİŞ AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏXSI MÜHAFİZƏÇİSİ ONUN HƏYATININ NAMƏLUM TƏFƏRRÜATLARINDAN DANIŞIR
PYOTR PRYANİŞNİKOVUN VERSİYASI

“Versiya” qəzetinin (Moskva) sonuncu nömrəsində Pyotr Pryanişnikovun ümummilli liderimiz Prezident Heydər Əliyevin Moskvada işlədiyi dövrün bəzi məqamlarından bəhs edən məqaləsi dərc olunmuşdur. AZƏRTAC həmin məqaləni müəyyən ixtisarla oxuculara təqdim edir.

HEYDƏR ƏLİYEVİN MÜƏMMALI İNFARKTI


KEÇMİŞ AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏXSI MÜHAFİZƏÇİSİ

ONUN HƏYATININ NAMƏLUM TƏFƏRRÜATLARINDAN DANIŞIR


PYOTR PRYANİŞNİKOVUN VERSİYASI

Ötən ilin axırlarında iki ölkədə – Gürcüstanda və Azərbaycanda hakimiyyət dəyişikliyi baş verdi. Əgər Gürcüstanda bədnam “qızılgüllər inqilabı”, əslində, kənardan təşkil edilmişdisə, Azərbaycanda hakimiyyətin dəyişməsinə daxili hadisələr səbəb oldu.

2003-cü il aprelin axırlarında Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev yerli hərbi litseyin yubileyində çıxış edərkən halı pisləşdi. O, çeçədi, ürəyini tutdu, televiziya ilə translyasiyanı dayandırdılar və Prezidenti səhnədən apardılar. Az adam bilir ki, iyirmi dəqiqədən sonra o qayıtdı və çıxışını davam etdirməyə çalışdı. Lakin təkrar ürək tutması oldu, Əliyev ürəyi gedərək yıxıldı və altı qabırğasını sındırdı. Bundan sonra onu dərhal hospitala - əvvəlcə Türkiyə hospitalına, oradan isə Amerikanın Klivlend klinikasına apardılar.

Heydər Əliyevin vəfatının səbəbləri arasında damarlardakı şişlər və yırtıqlar nəticəsində ürəkdə əmələ gəlmiş problemlər göstərilirdi. Bakıda və Türkiyə həkimləri deyirdilər ki, bu cür şişlərə “ürək-damar sisteminin fəaliyyətinə vaxtilə özbaşına müdaxilə” səbəb olmuşdur. Bakıda Heydər Əliyevin 1987-ci ildə ilk dəfə keçirdiyi infarktın tarixçəsini xatırlamışlar. Bunu sovet partiya xadimləri Heydər Əliyevin və Mixail Qorbaçovun mübarizəsinin nəticəsi adlandırırdılar.

Səhər yeməyindən sonra təcili tibbi yardım maşını ilə apardılar

Moskvada da, Bakıda da diplomatik mənbələr eyham edirdilər ki, 1990-cı illərdə Heydər Əliyevin səhhətinin korlanması həmin münaqişənin nəticəsi olmuşdur. Bu münaqişə üstündə Əliyevi SSRİ-nin mövcudluğunun son illərində siyasi mübarizədən sıxışdırıb çıxardılar. Doğrudur, bu kənarlaşdırma sayəsində Heydər Əliyev müstəqilliyin ilk illərində müharibələrin və çəkişmələrin didib-dağıtdığı respublikaya dövlət başçısı kimi qayıda bildi. Lakin həmin infarktı o, qalan bütün illər ərzində xatırlayır, öz xəstəliyi barədə həqiqəti bilməyə çalışırdı. Bunu etmək isə çətin idi, çünki reabilitasiyanın gedişində Əliyevi müalicə etmiş üç nəfər bir-birinin ardınca dünyasını dəyişmişdir.

“Versiya” 1978-ci ildə Heydər Əliyevin mühafizəçisi olmuş Aleksandr İvanovla görüşə bilmişdir. 1982-ci ildən 1988-ci ilədək o, SSRİ DTK-nın 9-cu idarəsindən Əliyevin şəxsi mühafizəsi şöbəsinin rəisi olmuşdur.

İvanov deyir:

-1985-ci ildə, Baş katib Çernenkonun ölümündən sonra ölkəni Andropovun irəli çəkdiyi adamlardan kimin – Heydər Əliyevin, yoxsa Mixail Qorbaçovun idarə edəcəyi məsələsi həll olunurdu. Nəticədə Qorbaçovu seçdilər. O vaxtdan onların münasibətləri pozuldu.

Heydər Əliyev nazirliklərin və kuratorluq etdiyi məsələlərin uzun-uzadı bir siyahısı ilə Nazirlər Soveti sədrinin birinci müavini qaldı.

Həmin ilin aprelində, Siyasi Büronun Leninin yubileyinə həsr olunmuş iclasında Əliyev yenidənqurma ideologiyasının, əslində, araşdırıldığı proqram xarakterli nitqlə çıxış etdikdən sonra onların bir-birinə kin-küdurəti daha da gücləndi.

Keçmiş mühafizəçi xatırlayır:

- O vaxt çıxışdan əvvəl qəribə bir vurnuxma başlanmışdı, MK katibliyindən şefə təzyiq göstərir, məruzəni ixtisar etməyə və dəyərli hissələri çıxarmağa çalışırdılar. O, çıxış etdikdən sonra Qorbaçov, əslində, yeni bir şey deməyə söz tapmadı. Bir müddətdən sonra Əliyevin və Qorbaçovun hələ neçə dəfə fikirləri uyğun gəlmədi, o cümlədən 1986-cı ildə Çernobıl qəzası barədə xalqa məlumat vermək (bu qəza aprelin 26-da olmuşdu, lakin yalnız may bayramından sonra xəbər verdilər) və üzümlüklərin geniş miqyasda məhv edilməsi ilə bağlı antialkokol proqramı məsələlərində. 1987-ci il mayın 11-də baş verən müəmmalı infarkt SSRİ-nin gələcək prezidenti ilə Azərbaycanın gələcək başçısı arasında qarşıdurmanın zirvəsi oldu. Həmin gün mən Heydər Əliyeviçi, adəti üzrə, səhər saat 6-da yuxudan oyatdım (hələ Azərbaycan SSR DTK-da işlədiyim vaxtdan bəri bilirdim ki, o, hava şəraitindən asılı olmayaraq, həmişə bu vaxt səhər idmanı edirdi). Səhər saat 9-a yaxın onu Kremlin 1-ci korpusuna işə apardım. Heydər Əliyev həmişəki səhər yeməyini - kəsmik, sıyıq, südlü çay sifariş etdi. Bir müddətdən sonra nəfəsi tutuldu. Köynəyinin yaxasını açdı, uzanmaq istədi. Halı getdikcə pisləşirdi. Heydər Əliyev katibliyin müdiri Valeri Qridnevi (sonralar o, Çernomırdinin köməkçisi işlədi), o, isə Nazirlər Soveti üzrə növbətçi həkimi, həkim də, öz növbəsində, Səhiyyə Nazirliyinin 4-cü idarəsindən 6 mütəxəssis çağırdı. Briqada gəldi, Heydər Əliyevin birbaşa ürəyinə iynə vurdular. Bundan sonra Əliyev təcili tibbi yardım maşınınadək özü getdi. Lakin mən xəstəxanaya gəldikdə o, huşsuz idi və dalbadal iki gün beləcə qaldı. İşlədiyim bütün müddət ərzində Heydər Əliyev heç vaxt xəstələnməmişdi, demək olar, spirtli içki içmir və papiros çəkmirdi.

Sonra Heydər Əliyeviç mənə dedi ki, əvvəlcə, ürək tutması ilə, onun ardınca isə iynə ilə əlaqədar nə isə qəribə bir şey baş verdi. Artıq sonralar Azərbaycanda o, dəfələrlə eyham vurmuşdu ki, həmin hadisə Baş katiblə münaqişənin nəticəsi idi və 4-cü idarənin həkimləri də partiya rəhbərliyinin buyruğu ilə hərəkət etmişdilər. Həmin gün növbə çəkən ofisiant qadınlar tam yoxlanılmışdı. Amma xüsusi mətbəxin işi başqa şöbənin ixtiyarında idi.

İndi mən köhnə əlaqələrimdən istifadə edərək, istənilən informasiyanı ala bilərəm, onda isə nəhəng bir mexanizm işləyirdi – bəziləri yolda hərəkətə, digərləri xüsusi mətbəxə, üçüncülər Siyasi Büro üzvlərinin sağlamlığına cavabdeh idilər. Nə baş verdiyini bilmək üçün oraya yaxın düşmək mümkün deyildi. Əliyevin xəstəxanada qaldığı bütün müddət ərzində ona dolayısı ilə təzyiq göstərirdilər ki, istefa versin.

Yeltsin Mərkəzi Klinik Xəstəxanadan

cıxandan sonra təslim oldu

Azərbaycanın indiki Prezidenti İlham Əliyev “Versiya”ya danışmışdır:

-Atamı Miçurin prospektindəki Mərkəzi Klinik Xəstəxanaya qoydular. Yadımdadır, Yevgeni Çazov məni və bacım Sevili yanına dəvət edib dedi: ”Bu işə son qoymaq vaxtıdır, orqanizm gərginliyə tab gətirməyəcək, istirahətə getmək lazımdır...”

İvanov deyir:

-Maraqlı bir fakt. Elə həmin vaxt Boris Yeltsin MKX-də, üç mərtəbə aşağıda yatırdı. O, MK-nın Moskva plenumunun məşhur iclasına da oradan getmişdi. İclasda Yeltsin təfriqəçiliyini boynuna aldı və partiyadan çıxarıldı. Halbuki o vaxtadək Qorbaçovla mübarizə edir, çarpışırdı, plenumda isə belə deyildi, nə isə donquldanırdı... Kəskin surətdə dəyişmişdi. Məlum deyildi nə üçün. 1987-ci ilin noyabrında isə Heydər Əliyev səhhətinə görə istefaya çıxmaq xahişi ilə məktub yazdı. Kim bilir, əgər Mixail Sergeyeviçə ciddi qarşıduran olsaydı, yenidənqurma bəlkə də, başqa cür olardı. Heydər Əliyevin öz xatirələrinə görə, onu Ali Sovetin sessiyası qurtardıqdan sonra Kremlə çağırırlar. Burada onu Qromıko, Qorbaçov, Rıjkov və başqaları gözləyirdi. Qısa söhbətdən sonra Heydər Əliyevi istefa verməyə, əslində, məcbur etdilər. O, bağ evinə gəldi, xeyli susdu, sonra isə söyüş söydü, - bu, ondan çıxmayan iş idi, - və dedi: “Saşa, sən cavansan, bəlkə də nəyisə başa düşmürsən, amma 3 ildən sonra görəcəksən ki, bu yenidənqurma nə ilə qurtaracaq”. Peyğəmbərcəsinə deyilmiş sözlər idi...

Şahidlər Dünyasını Dəyişdilər

İvanov deyir:

-1993-cü ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra xəstəliyinin həqiqi səbəblərini və nəticələrini öz kanalları ilə öyrənməyə başladı. Təbii ki, onun Qorbaçovla münasibətləri düzəlmədi – o, həmin əhvalatı və 1990-cı ildə Bakıya qoşun yeridilməsini bağışlaya bilmirdi.

Amma bu ara çox qəribə hadisələr baş verirdi. Həmin müəmmalı infarktdan xəbərdar olanların hamısı bir-birinin ardınca ölürdü. Birinci katibliyin müdiri, sonralar isə Çernomırdinlə işləmiş Valeri Qridnev getdi. O, Kutuzov prospektindəki tağın yaxınlığında avtomobil qəzasına düşdü. Bundan sonra Heydər Əliyevi müalicə edən həkim Dmitri Neçayevi DTK-nın Miçurin prospektindəki evinin blokunda öldürdülər. 1987-ci ildə o, şefin reabilitasiyası dövründə ona təhkim olunmuşdu. Bir müddətdən sonra Dmitri Şerbatkin özünü pəncərədən atdı. 80-ci illərin axırlarında o, həmin xəstəxanaya başçılıq edirdi. Deyirdilər ki, Şerbatkinin ailə və işlə bağlı problemi yox idi, MKX-nin bütün həkimləri imtiyazlılar sırasına daxil idilər. 80-90-cı illərdə DTK sədrinin 1-ci müavini Semyon Sviqunun qəfildən özünü güllələdiyini, Sov.İKP MK-nın işlər müdiri Nikolay Kruçinanın özünü pəncərədən atdığını, Şolokovun və Federal Əkskəşfiyyat Xidmətinin başçısı Viktor Barannikovun qəflətən ölmələrini də xatırlamaq olar. Yəqin ki, bütün bu sirlərin üstü heç vaxt açılmayacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri Rustavidə qeyd olunub

Premyer Liqa: “Turan Tovuz” son turda “Kəpəz”i məğlub edib

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir ŞƏRH

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb

Turqay Hüseynov: Vəkil işləmək üçün təcrübə müddətinin üç ildən bir ilə qədər azaldılması gündəmdədir

“Jerusalem Post”: Vardanyan mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib

Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Vəkillərin İxtisas Komissiyasının sədri: Əsas məqsədimiz hüquqşünaslarımızın peşəkar olmasıdır

Leysan yağışları Ermənistanda azı iki nəfərin həyatına son qoyub

IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası başa çatıb  YENİLƏNİB VİDEO

Kürün səviyyəsinin artması bəzi açıq sahələrdə suyun məcradan çıxmasına səbəb olub

Anar Bağırov: Əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb

Lefkoşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib

Aramsız yağışlar Qazaxda çaylarda selə səbəb oldu -  FOTO

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Musevenidən

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda intellektual oyun üzrə çempionat keçirilib

G7 ölkələri Rusiya aktivlərinin gəlirlərini Ukrayna üçün istifadə etmək istəyir

Gəncədə müasir regional vəkil kompleksinin açılışı nəzərdə tutulur

Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları on bir mərkəzdə aparılıb

Avstriyanın Baden şəhərində Azərbaycan etnocaz konserti keçirilib VİDEO

Anar Bağırov: İşğaldan azad olunmuş ərazilərdə vəkil büroları yaratmaq niyyətindəyik

Neftçalada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Xaçmaz və Qubada 2115 abituriyent biliklərini sınayıb

Vəkillər Kollegiyasının sədri: Bu il imtahan suallarının seçimində müəyyən dəyişikliklər etmişik

“Azərbaycan uşaqlarının əsərlərində bolqar qızılgülü” sərgisi Karlovo Qızılgül Festivalında təqdim edilib

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Əfqanıstan vətəndaşı: Əfv Sərəncamına görə Prezident İlham Əliyevə minnətdaram

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Hortadan

Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq

Xalq yazıçısı İlyas Əfəndiyevin məzarı ziyarət olunub

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azadlığa buraxılan məhkum: Əfv Sərəncamı bizim üçün böyük motivasiyadır

Prezidentin Sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

Azərbaycanın Müstəqillik Günü ərəfəsində Ukraynanın Poltava şəhərində tədbir keçirilib

67 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib

İmtahan rəhbəri: 163 nömrəli məktəbdə təşkil olunan imtahanda heç bir qayda pozuntusu qeydə alınmayıb

17 saylı cəzaçəkmə müəssisəsindən 4 xarici vətəndaş azadlığa buraxılıb

ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri regional məsələləri müzakirə edəcək

Anar Bağırov: Əsas hədəfimiz ölkədə vətəndaşların sayına düşən vəkillərin sayını artırmaqdır

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Xidmət rəisinin müavini: Əfv Sərəncamı müstəqillik tarixindəki əhəmiyyətli əfv aktlarından biridir

Cənubi Koreya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsindən 8 məhkuma şamil olunub

“Neftçi” Miodarq Bojoviç ilə yollarını ayırıb

Sabah bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir

Qardaş xatirəsinə tikilən və memarın yadigarı olan 67 yaşlı qeyri-adi ev...

FHN: Ziya Bünyadov prospektində qəza nəticəsində avtomobildə qalmış vətəndaş xilas edilib

Əfv Sərəncamının icrası Yevlax rayonunda da yerinə yetirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonodan

DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib

Havada toz müşahidə olunur

Səbinə Əliyeva: Əfv edilən vətəndaşlar onlara göstərilən bu yüksək etimadı doğrultmalıdırlar

Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır

Xarkovda hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

DİM: Bugünkü imtahanlarda ən yaşılı abituriyent 1965-ci, ən gənc abituriyent 2009-cu ildəndir

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

Mərakeşin Kralı VI Məhəmməddən

Gürcüstanda Müstəqillik Günü qeyd olunur

Müstəqillik Günü ərəfəsində hərbi hissədə “Açıq qapı” günü keçirilib VİDEO

4 saylı cəzaçəkmə müəssisəsindən 4 qadın azadlığa buraxılıb

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - AÇIQLAMA

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub

Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli konsert keçirilib

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb VİDEO

Qlobal araşdırmalar internetin insanlar üçün faydalı olduğunu müəyyənləşdirib

“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Luiziana ştatındakı bataqlıqlar tamamilə quruya bilər

“İsmət” adlı səssiz Azərbaycan filminin bu il 90 yaşı tamam olur

Türkiyənin Qabar dağında neft hasilatı artır

Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH

Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub

"Bayer" Almaniya Kubokunun qalibi olub

Oqtay Zülfüqarovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Venesiya Biennalesində Azərbaycan pavilyonu - REPORTAJ VİDEO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar araşdırma aparılıb

Bəhruz Məhərrəmov: Əfv Sərəncamı yüzlərlə ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etdi

Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib

Premyer Liqa: "Zirə" Avropa Liqasına, "Sabah" və "Sumqayıt" isə Konfrans Liqasına vəsiqə qazanıb

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib VİDEO

AMEA ilə Byalıstok Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Türkiyə XİN son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb

Azərbaycan səfirinin müsahibəsi Kubanın “Opciones” qəzetində dərc olunub