Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNİN NÖVBƏTİ BURAXILIŞINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, iyunun 23-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti, 6-cı buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyev mərasimdə iştirak etmək üçün məktəbə gəldi.

Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali baş komandana raport verdilər.

Mərasimdən əvvəl dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoydu.

Prezident İlham Əliyev sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin növbəti buraxılışı münasibətilə mərasimin keçirildiyi stadiona gəldi. Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev Ali baş komandana raport verərək, şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi.

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev məzunları “Salam, gənc zabitlər!” sözləri ilə salamladı.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Mərasimi müdafiə naziri general-polkovnik Səfər Əbiyev açdı.

MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK

SƏFƏR ƏBİYEVİN

ÇIXIŞI

- Möhtərəm Prezident, cənab Ali baş komandan!

Hörmətli generallar və zabitlər!

Məzunlar və kursantlar!

Əziz valideynlər, müharibə veteranları, qonaqlar, xanımlar və cənablar!

Sizi Azərbaycan Respublikası Silahlı Qüvvələri təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, hərbi dənizçilik və təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzi və Hərbi Akademiyasının, habelə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunlarının 6-cı buraxılışına həsr edilmiş mərasimdə salamlayır, hər birinizə cansağlığı, əmin-amanlıq və ailə xoşbəxtliyi arzulayıram.

Bu tədbir Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin işə düşməsindən və Milli qurtuluş gününün 13-cü ildönümünün qeyd edilməsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində yaranmış ruh yüksəkliyi və düşmən üzərində qələbə əzmi şəraitində keçirilir.

Hörmətli mərasim iştirakçıları!

Gəlin bu tarixi həqiqəti bir daha etiraf edək ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının banisi olduğu kimi, onun təhsil sisteminin də yaradıcısıdır. 1971-ci ildə Heydər Əliyev tərəfindən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması bu tarixi həqiqətin təsdiqidir.

Xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider, Silahlı Qüvvələrimizin əbədiyaşar Ali baş komandanı Heydər Əliyev 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, hərbi təhsil sistemində də əsaslı islahatlar aparıldı. Heydər Əliyevin tarixi fərmanları, sərəncamları və göstərişləri ilə aparılan islahatlar proqramından irəli gələn problemlərin həlli, hərbi təhsilin idarə edilməsində keyfiyyətcə yeni prinsiplərin tətbiq edilməsi, hərbi təhsilin müasir standartlara uyğunlaşdırılması, məzmununda ən yeni dəyişikliklərin aparılması Silahlı Qüvvələrdə təhsil sisteminin təkmilləşməsi ilə nəticələndi.

1997-ci ildən başlayaraq, hərbi təhsil sistemində NATO standartlarına uyğun yeni proqramın tətbiq edilməsi Azərbaycan Silahlı Qüvvələri üçün daha bacarıqlı, peşəkar və ümumi hazırlığı yüksək olan zabit kadrlarının hazırlanmasına şərait yaratdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali baş komandanı olduğu müddətdə hər il hərbi təhsil ocaqları məzunlarının buraxılış mərasimində iştirak etmiş, məzunlara, müəllim-professor və zabit heyətinə öz xeyir-duasını vermişdir.

Bu gün bu ənənəni böyük öndərin əməllərinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyev davam etdirir. O, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatı, şəxsi heyətin sosial, mənəvi-psixoloji durumu ilə yanaşı, hərbi təhsil sisteminin də gündən-günə təkmilləşməsinə diqqət və qayğısını göstərir. Mən bu diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Ali baş komandan cənab İlham Əliyevə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və şəxsən öz adımdan təşəkkürümü bildirir və minnətdarlıq edirəm.

Hörmətli mərasim iştirakçıları!

Bir neçə gündən sonra Silahlı Qüvvələrimizin yaradılmasının 88-ci ildönümü tamam olur. İftixar hissi ilə deyirəm ki, bu bayram xalqımızın dövlət bayramları sırasında şərəfli yer tutur.

Azərbaycan ordusunun şəxsi heyəti 26 iyun Silahlı Qüvvələr gününə döyüş hazırlığında, siyasi, mənəvi-psixoloji və fiziki hazırlıqda yeni uğurlarla gəlmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət keçən hər bir nəfər öz səngərində və postunda möhkəm dayanmışdır və qarşısına qoyulan vəzifələri vicdanla və şərəflə yerinə yetirir. Mən Sizi əmin edirəm ki, Azərbaycan Silahlı Qüvvələri respublikamızın ərazi bütövlüyünü bərpa etməyə və müqəddəs torpaqlarımızı erməni işğalçılarından təmizləməyə hazırdır.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə öz gündəlik diqqət və qayğısını əsirgəmir. Bu fikirlərin təsdiqi kimi deməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyev bu il martın 1-də Ağdərə rayonundakı “N” hərbi hissəsində olmuşdur. O, cəbhə bölgəsində, səngərlərdə Vətənimizin keşiyində dayanan əsgər və zabitlərlə görüşmüş, onların xidmət şəraiti ilə maraqlanmışdır.

Ali baş komandan hərbi xidmətdə fərqləndiklərinə görə təltif olunmuş hərbi qulluqçulara elə səngərlərdəcə medallar və qiymətli hədiyyələr təqdim etmiş, əsgər və zabitlərin döyüş hazırlığının vəziyyəti və ehtiyacları ilə maraqlanmışdır. Bu hadisə Ali baş komandanın Silahlı Qüvvələrin şəxsi heyətinə bilavasitə qayğısının bariz nümunəsidir. O, əsgərlərlə görüşü zamanı demişdir: “Biz istənilən yolla torpaqlarımızı qaytarmalıyıq... Azərbaycanda çox güclü, nizami, yüksək döyüş qabiliyyətli ordu yaranır və o, ən müasir texnika ilə, silah və sursatla təmin olunur. Qarşı tərəf anlamalıdır ki, Azərbaycanda ordu quruculuğu sürətlə gedir və bu proses bundan sonra da davam edəcəkdir. Düşmənlə üz-üzə dayanan siz əsgərlər isə xüsusi diqqətə layiqsiniz”.

Yeri gəlmişkən deyim ki, hərbi büdcənin iki dəfə artması, Silahlı Qüvvələr günü ərəfəsində möhtərəm Prezidentimizin Sərəncamı ilə hərbi qulluqçuların vəzifə maaşlarının artırılması, 2004-2005-ci illərdə Ali baş komandan tərəfindən zabit heyətinə 47 daimi mənzilin hədiyyə edilməsi, ümumiyyətlə isə 2003-2006-cı illərdə hərbi qulluqçulara 1188 mənzilin verilməsi bu qayğının təzahürüdür. Hazırda isə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün 165 mənzilli iki yaşayış binası inşa edilir.

Hərbi qulluqçulara təkmilləşdirilmiş tibbi yardımı daha yüksək səviyyəyə qaldırmaq məqsədi ilə Silahlı Qüvvələr günü ərəfəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi klinik hospitalının 300 çarpayılıq cərrahiyyə korpusunun açılışı olmuş və hərbi qulluqçuların istirahətinin yaxşılaşdırılması üçün Abşeron rayonunun Goradil qəsəbəsində hərbçilərin istirahət evi istifadəyə verilmişdir. Bundan sonra Silahlı Qüvvələrimizin hərbi qulluqçuları məzuniyyət zamanı öz istirahətlərini təşkil olunmuş şəkildə keçirə biləcəklər.

Respublikamızın Prezidenti, Ali baş komandanı cənab İlham Əliyevin ordumuza gündəlik diqqəti və köməyi düşmən üzərində tam qələbə qazanmaq, təhsildə və təlimdə daha böyük uğurlar əldə etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti qarşısında yeni vəzifələr qoyur.

Hörmətli mərasim iştirakçıları!

Bugunkü tədbirdə qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti də iştirak edir. Onları Azərbaycan ali hərbi məktəblərinin bugünkü məzunları, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və şəxsən öz adımdan bir daha salamlayır, ordu quruculuğunda və hərbi təhsil sisteminin təkmilləşməsində Azərbaycana öz köməyini əsirgəməyən Türkiyə Respublikasının və onun Silahlı Qüvvələrinin rəhbərliyinə minnətdarlıq edirəm.

Eyni zamanda, Silahlı Qüvvələrimizin təhsil sistemində çalışan bütün şəxsləri, bu gün leytenant rütbəsi ilə Silahlı Qüvvələrimizin zabit korpusunun sıralarına daxil olan məzunların valideynlərini ürəkdən təbrik edir, onlara “Gözünüz aydın olsun!” deyirəm. İnamla bildirirəm ki, gənc zabitlərin yeni dəstəsinin buraxılışı erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsini daha da gerçəkləşdirir.

Mən üzümü dünənki kursantlara tuturaq deyirəm: Xalqımız sizin hər birinizdən şəxsi fədakarlıq gözləyir, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayır. Bunun üçün siz Azərbaycan Silahlı Qüvvələrinin nizamnamələrini dərindən öyrənməli, nizamnamələrin tələbi ilə yaşamalı və xidmət etməlisiniz.

Əziz məzunlar, heç vaxt unutmayın ki, sizin təhsil aldığınız məktəb ümummilli lider, əbədiyaşar Ali baş komandan, xalqımızın böyük oğlu və rəhbəri Heydər Əliyevin adını daşıyır. Siz çalışmalısınız ki, bu məktəbin məzunu olmaq kimi yüksək şərəfi doğruldasınız. Vətənimizə və xalqımıza Heydər Əliyev kimi xidmət edəsiniz.

Sizi bir daha təbrik edir, Azərbaycanın ərazi bütövlüyünün bərpası və düşmən üzərində tam qələbə naminə müqəddəs xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mərasimdə nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

X X X

Sonra Prezident, Ali baş komandan İlham Əliyev Ali Hərbi Məktəbdə tədris və intizamda birinci yerləri tutan və təhsili fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim etdi. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olundular.

Respublikamızın rəhbəri onları təbrik etdi, gələcək xidmətlərində uğurlar arzuladı.

Digər məzunlara diplomlar məktəbin müəllim heyəti tərəfindən təqdim edildi.

X X X

Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti müxtəlif növlü döyüş təyyarələri və vertolyotlarında yüksək pilotaj nümunələri göstərdi.

Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərinin buraxılış mərasimində Hərbi Hava Qüvvələrimiz haqqında dediyi “Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər” sözləri ulu öndərin canlı səsi ilə səsləndirildi.

Ulu öndər Heydər Əliyevdən xeyir-dua almış Azərbaycan şahinlərinin idarə etdikləri döyüş vertolyotları, müasir avadanlıqla təchiz olunmuş, düşmənin bütün hava və yerüstü hədəflərini məhv etməyə, döyüş meydanında yerüstü qoşunlara dəstək verməyə qadir olan səsdənsürətli hücum, qırıcı-tutucu, qırıcı-bombardmançı təyyarələr qrup şəklində mərasim keçirilən stadionun üzərindən uçdular.

Mərasim iştirakçıları tərəfindən böyük sevinclə qarşılanan uçuşlar zamanı bildirildi ki, bu gün əbədiyaşar Ali baş komandanımızın arzularının həyata keçdiyi, ümidlərinin doğrulduğu gündür. Hələ səkkiz il öncə ulu öndərimiz böyük inam hissi ilə deyirdi: “Milli aviasiyamızın böyük gələcəyi var. Mən bu gələcəyi açıq-aydın görürəm. İstəyirəm, səma şahinlərimizin addımları daim uğurlu olsun, bu təməl əsasında bizim güclü milli aviasiyamız olsun, cəsur şahinlərimiz olsun və bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər. Göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycanlıların istedadı, qabiliyyəti səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər.

Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə qadirdir”.

Hərbi təyyarəçilər havada müstəqil Azərbaycanın müqəddəs üçrəngli bayrağını təsvir etdilər. Təyyarələrdən birinin bortundan gənc pilotun məruzəsi eşidildi: “Cənab Ali baş komandan, Azərbaycan şahinləri Sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır”.

Uçuşlar mərasim iştirakçıları tərəfindən heyranlıqla seyr edildi, təyyarəçilərin məharəti hamının qəlbini qürur, iftixar hissi ilə doldurdu.

X X X

Sonra məzunların buraxılış mərasimi davam etdirildi. Üzərində ulduz və aypara təsviri olan emblemi Silahlı Qüvvələrin təhsil müəssisələrinin rəmzi yaş kötüklərinə vurmaq üçün dəvət edilən kursant dedi:

- Cənab Ali baş komandan!

Hərbi tədris müəssisələrinin yaş kötüklərinə 2006-cı il məzunları tərəfindən üzərində ulduz və aypara təsviri olan emblemlər vurarkən, bu şərəfli vəzifəni yerinə yetirməkdən qürur və sevinc hissi duyur, bütün silahdaşlarım adından Sizə təşəkkür edirəm.

Yaş kötüyü Silahlı Qüvvələrin sıralarına daxil olanların ölkəsinə və millətinə xidmət üçün bu vəzifəni təhvil almalarının bir rəmzidir. Bu şərəfli vəzifəni təhvilalmanın məsuliyyəti ilə 2006-cı il məzunları adından bir daha bildiririk ki, alacağımız hər tapşırığı Vətən sevgisi ilə yerinə yetirəcək, içdiyimiz anda daim sadiq qalacağıq.

Cənab Ali baş komandan, icazənizlə, 2006-cı il məzunları adından rəmzləri yaş kötüklərinə vururuq.

Silahlı Qüvvələrin təhsil müəssisələrinin məzunları üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurdular.

X X X

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağını gələn ilin məzunu olacaq 4-cü kurs taburuna təhvil verən kursant ZAUR ƏHMƏDOV dedi:

“Silahdaşım, döyüş bayrağının müqəddəs keşik növbəsi sənindir. Rəngi əcdadlarının qanının rəngidir. Parçası şəhid dərisidir. Parıltısı zəfərlərin işığıdır. Ay-ulduzu hürriyyət və istiqlaldır. Yazısı qəhrəmanlıq və şücaətdir. Kəməri milli iradədir. Tikişi şərəf və məsuliyyətdir.

Bütün bunlar Azərbaycan xalqından sənə əmanətdir. Bu böyük əmanəti sənə təhvil verirəm. Dəmir biləyinlə onu bərk saxla. Qanının son damlasına qədər daim yüksəklərdə tut. Ulu öndər Heydər Əliyevin ruhunu yaşadan bu şanlı bayraq nəsillər boyunca əbədi olacaq, uca tutulacaq, Vətənin göylərində daim vüqarla dalğalanacaqdır. Müqəddəs bayrağı qorumaq, bayraq keşikçiliyi keşik xidmətlərinin ən alisi, ən şərəflisi, ən müqəddəsidir. Onu səndən sonra sağ qalanın əlinə təhvil verməyənə qədər son nəfəsini verməyəcəksən. Bu şanlı bayrağı təhvil aldığım kimi ləkəsiz, tərtəmiz sənə təhvil verdiyimi göstərmək üçün onu öpür və təhvil verirəm. Keşiyin mübarək və uğurlu olsun”!

Məktəbin döyüş bayrağı 4-cü kurs taburuna təhvil verildi.

Bayrağı qəbul edən kursant RAMİN QASIMOV dedi:

“Silahdaşım, namusuma və canıma and içirəm ki, bu müqəddəs keşikdə bir an da olsun gözümü ondan ayırmayacağam. Babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağını canımdan əziz bilib, onu daim yüksəklərdə tutacağam.

Parçası tarixin nişanəsi, parıltısı zəfərlərin işığıdır. Yazısı qəhrəmanlıq və şücaətə çağırışdır. Ağacı dözümüm, bayrağının göy rəngi ümidim, al rəngi qanım, yaşıl rəngi imanım olsun. Ay-ulduzuna varlığım fəda olsun. Yazısını vicdanımtək təmiz saxlayacağam. Kəmərini milli imanımla bərk tutacağam. Baftası iman dolu yolumda namus, çökməz çiyinlərimdə həmişə məsud olaraq qalacaqdır.

Ulu öndər Heydər Əliyevin ruhunu yaşadan bu şanlı bayrağı məndən sonra sağ qalana təhvil verənəcən ölmək mənə haram olsun. İçdiyim bu anda sadiq qalacağımı göstərmək üçün bayrağımı öpür və təhvil alıram”.

X X X

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa

olundu.

Sonra kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçdilər.

Azərbaycan Prezidenti İlham Əliyev məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşdı.

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib