Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN ƏSAS NEFT İXRAC BORU KƏMƏRİ FAKTLAR VƏ RƏQƏMLƏRDƏ

Texniki göstəricilər · Ümumi uzunluğu 1768 kilometrdir: 443 km Azərbaycanda; 249 km Gürcüstanda; 1076 km Türkiyədə.

· Kəmərin diametri 42 düymdür, bu ölçü Gürcüstanda və Türkiyə hissəsinin əvvəlində 46 düymə qədər artır. Türkiyədə kəmərin əksər hissəsinin diametri 42 düymdür və Ceyhan yaxınlığında 36 düymə qədər daralır.

· Boruların divarının qalınlığı 8,74 mm-dən 23,80 mm-ə qədərdir.

· Kəmərin 8 nasos stansiyası vardır: ikisi Azərbaycanda, ikisi Gürcüstanda, dördü Türkiyədə.

· Kəmərin gündəlik nəqletmə gücü 1 milyon barreldir. Xam neft boru kəmərinin bir başından o biri başına 10 günə çatır.

· Səngəçalda (Azərbaycan) və Ceyhanda (Türkiyə) nəhəng terminallar tikilib. · Kəmərin tikintisinə 2003-cü ilin aprelində, onun neftlə doldurulmasına 2005-ci il mayın 18-də başlanmışdır. Neft kəmərin Gürcüstan hissəsinə 2005-ci il avqustun 10-da, Türkiyə hissəsinə 2005-ci il noyabrın 18-də daxil olmuş, Ceyhan terminalına 2006-cı il mayın 28-də çatmışdır.

· Kəmərin tikintisinə 110 milyon adam-iş saatı sərf olunmuşdur.

· Tikinti ilə bağlı 206 milyon kilometr məsafə qət olunub ki, bu da layihənin icrasının ən qaynar çağında bir gündə yer kürəsinin ətrafında 10 dəfə dövr etməyə bərabərdir.

· Kəmərin əvvəlindən sonunadək 220 min boru hissəsi qaynaqlanıb və 2 milyon borunun qaldırılması əməliyyatı yerinə yetirilmişdir.

· Kəmər dəhliz boyunca 1.500-dən çox çay və 13 seysmik lay xətti ilə kəsişir. Kəmərin keçdiyi ən hündür sahə Türkiyə ərazisində dəniz səviyyəsindən 2800 metr hündürlüyündədir.

· Boru kəməri bütün marşrut boyunca torpağa basdırılıb, 500 yaşayış məntəqəsinin ərazisindən keçib və tikinti zamanı heç bir ev başqa yerə köçürülməyib. · Əsas podratçılar: Azərbaycanda CCIC, Gürcüstanda Spi Petrofak, Türkiyə hissəsinin tikintisi üzrə əvvəlcədən təsbit olunmuş qiymətə “açar” təhvili müqaviləsi əsasında BOTAŞ şirkətləridir.

BTC kəməri ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulmuşdur. Hazırda kəmərlə gündə 400 min barreldən çox neft nəql olunur. 2008-ci ildə bu rəqəm 1 milyon barrelə çatacaqdır.

Kommersiya göstəriciləri

· BTC-nin inşası 4 milyard ABŞ dollarına başa gəlmişdir. Bu, yalnız tikinti işlərinin xərcidir, boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi buraya daxil deyildir.

· Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollardır. Maliyyə kreditləri verən qurumlar bunlardır:

o Beynəlxalq Maliyyə Korporasiyası və AYİB;

o Altı ölkədən (Böyük Britaniya, ABŞ, Almaniya, Yaponiya, Fransa, İtaliya) ixrac kredit agentlikləri və siyasi risklər üzrə sığorta qurumları;

o ABN Amro, Citigroup, Mizuho və Societe Generale başda olmaqla 15 kommersiya bankı;

o bp, Statoil, Total və KonokoFilips də, həmçinin baş sponsor kimi kredit vermişlər.

Məşğulluq üzrə göstəricilər

· Tikintinin ən qaynar çağında təqribən 22 min adam işə cəlb olunmuşdur ki, onların da 70-80 faizini yerli əhali təşkil etmişdir.

· Boru kəməri istismara veriləndən sonra təqribən 850 nəfər daimi işçi çalışacaqdır.

İctimaiyyətlə əlaqə

· Birbaşa təsirə məruz qalan, başqa sözlə, boru kəməri marşrutunun hər iki tərəfində iki kilometr dəhliz boyunca 450 icma (təqribən 750 min adam) qeydə alınmışdır. Təqribən 100 min torpaq sahibi birbaşa təsirə məruz qalmışdır.

· 2003-cü ilin sonuna qədər torpaq sahiblərinə 133 milyon ABŞ dolları məbləğində vəsait ödənilmişdir ki, bu məbləğə vergilər, hökumət ödənişləri və hüquqi xərclər daxil deyildir.

· Torpaqayırma üzrə 22 min saziş imzalanmışdır.

· Boru kəməri boyunca İctimai Sərmayə Proqramı üzrə 25 milyon dollar vəsait xərclənmiş, bundan 115-i Azərbaycanda olmaqla, 500 icma faydalanmışdır.

· Vəsait qoyuluşuna 2003-cü ilin iyulunda başlanmış və bu iş 2006-cı ilin sonunadək davam edəcəkdir.

o Azərbaycanda İctimai Sərmayə Proqramını həyata keçirən tərəfdaşlar bunlardır: İcma Yardım Fondu, Beynəlxalq Xilasetmə Komitəsi, Uşaqların Xilası, İnternəşnl Medikal Ko.

o Proqram çərçivəsində 32 tibb məntəqəsi, 43 məktəb bərpa edilib, 110 kilometr yol təmir olunub, 314 tibb işçisinə təlim keçilib, 184 min insan birbaşa tibbi yardım alıb, 15.800 mikrokredit verilib, 2.700 fermerə təlim keçilib. o Gürcüstan: “Keər İnternəşnl” və “Mersi Ko”.

o Türkiyədə: Atatürk Universiteti, SURKAL, İnternəşnl Blu Kresçent.

Ətraf mühit

· Boru kəməri marşrutunun üç ölkə hökuməti ilə razılaşdırılması və ƏMSSTQ (Türkiyədə ƏMTQ) sənədləri ilə müəyyənləşdirilmiş şərtlər 11 min səhifədən artıqdır. Ətraf mühit və mədəni irs baxımından həssas olan ərazilərdən yan keçmək üçün marşrutda 100 dəyişiklik edilmişdir.

· Aşağıda göstərilən həssas ərazilərlə kəsişmələrdə xüsusi ehtiyat tədbirləri və əlavə tədbirlər görülmüşdür:

o Borjomi Milli Parkının (Gürcüstan) yardımçı zonası

o Ərzurum ovalığı (Türkiyə)

o Posof (Türkiyə)

o Ktsia-Tabatskuri qoruğu (Gürcüstan)

o Qobustan mədəniyyət qoruğu (Azərbaycan)

· Ətraf Mühit üzrə Sərmayə Proqramı, o cümlədən dəniz tısbağaları, qara tetra quşları, dağ ayıları, dəniz suitilərinin qorunması layihələri üçün 9 milyon dollar vəsait xərclənib. · Arxeoloji müşahidələr üçün 5 milyon dollar vəsait sərf edilib.

Monitorinq

· “Onqat” monitorinqin aparılması bu layihəni dünyada həmin qəbildən olan ən çox təhqiq olunmuş layihələrdən birinə çevirmişdir.

· Kənar monitorinqə aşağıdakılar daxildir:

o Kreditorlar adından D’Appollonia tərəfindən ətraf mühit və sosial sahə ilə bağlı rüblük monitorinq.

o Kreditorlar adından müstəqil ekspertlər şurası tərəfindən aparılmış yarımillik sosial və torpaqayırma planının monitorinqi.

o Müstəqil məsləhətçilərdən ibarət şuranın – birbaşa bp qrupunun prezidentinə hesabat verən Xəzərin İşlənməsi üzrə Məşvərət Şurasının illik monitorinqi.

o QHT-lərin monitorinqi və təhqiqat: Azərbaycanda Açıq Cəmiyyət İnstitutu tərəfindən; Türkiyədə TESEV-in yardımı ilə əhalinin cəlb olunması proqramı vasitəsilə; Gürcüstanda TBC.

o “Foley Hoag” təşkilatı tərəfindən insan hüquqları üzrə monitorinq.

BTC Ko.-nun səhmdarları

bp (30,1 faiz); AzBTC (25 faiz); Şevron (8,90 faiz); Statoyl (8,71 faiz); TPAO (6,53 faiz) ; ENİ (5 faiz); Total (5 faiz), İtoçu (3,40 faiz); İNPEKS (2,50 faiz), KonokoFillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz) şirkətləridir.

Tarixin yaddaşına yazılan əlamətdar günlər

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmışdır.

1999-cu il noyabrın 18-də İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalanmışdır.

2002-ci il avqustunda Londonda kəmərin tikintisini və gələcək istismarını aparmaq üçün BTC Ko şirkəti yaradılmışdır.

2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulmuşdur.

2005-ci il mayın 25-də kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirilmiş, Səngəçal terminalından boru xəttinə ilk neft vurulmuşdur.

2005-ci ilin oktyabrında kəmərin Gürcüstan hissəsi istifadəyə verilmişdir.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatmışdır.

2006-cı il iyunun 16-da Qazaxıstanın paytaxtı Astanada “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev imzalamışlar.

2006-cı il iyunun 4-də Xəzər nefti ilə yüklənmiş ilk tanker Ceyhan limanından Avropaya yola salınmışdır.

2006-cı il iyulun 13-də Ceyhanda kəmərin təntənəli açılış mərasimi keçirilmişdir. Həmin günədək Ceyhan limanından 4,8 milyon barrel neft yüklənmiş 7 tanker dünya bazarlarına yola salınmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib

Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

FIDE-nin reytinq cədvəli: Nicat Abasov bir pillə irəliləyib

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO

XİN erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı hücumunu pisləyib

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib

“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb

Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq

Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

Bu gün Bakının 547 küçəsi yuyulub

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Mingəçevirdə tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək

Tezliklə süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

Kolin Gibson: “Qarabağ”ın bütün oyunlarını böyük maraqla izləyirəm

Bəzi bölgələrdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır