İQTİSADİYYAT
HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANINA GEDƏN YOL BOYUNCA ELEKTRİK XƏTLƏRİNİN PLANI HAZIRLANMIŞDIR
SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakının ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində hazırlanmış baş planında hava limanına gedən yola xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev bu yol boyunca tikilmiş və ümumi mənzərəni pozan köhnə binaların sökülməsini, habelə lazımsız kommunikasiya xətlərinin götürülməsini tövsiyə etmişdir. “Azərenerji”nin mütəxəssisləri artıq bu rayondakı elektrik xətlərinin vəziyyətini əks etdirən plan hazırlayıb, Bakı Şəhər Dövlət Layihə İnstitutuna təqdim etmişlər. “Azəriqaz” SC-yə, “Barmek” birgə müəssisəsinə və digər kommunal təsərrüfat idarələrinə də bu cür işlər tapşırılmışdır. Bütün bunlardan sonra ərazinin abadlaşdırılması, Moskva prospektinin yenidən qurulmasına dair birgə baş plan hazırlanacaqdır.
“Azərenerji”nin mütəxəssisləri növbəti mərhələdə təqdim etdikləri texniki təkliflərin iqtisadi əsaslandırılmasını hazırlayacaq və onun təsdiqindən sonra əməli işə başlayacaqlar.