SİYASƏT
HEYDƏR ƏLİYEV ADINA MÜKAFATLAR TƏQDİM OLUNDU
Bu münasibətlə təşkil olunmuş mərasimi milli təhlükəsizlik naziri Namiq Abbasov açaraq xatırlatmışdır ki, bir il əvvəl, may ayının 5-də nazirliyin kollegiyası öz işində fərqlənən əməkdaşlara Heydər Əliyev adına mükafat verilməsi haqqında qərar çıxarmışdı. Mükafatın məbləği də müəyyənləşdirilmişdi: I mükafat 3 milyon manat, II mükafat 2 milyon manat və III mükafat 1 milyon manat.
Nazir bildirmişdir ki, artıq müvafiq komissiya mükafata layiq görülənlərin adlarını açıqlamışdır.
Sonra o, I mükafatı MTN Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadəyə, II mükafatı nazirin müşaviri Əli Hacıyevə, III mükafatı isə nazirliyin əməkdaşı Yaşar Quliyevə təqdim etmişdir. Nazir təltif olunanların hər biri haqqında xoş söz söyləmiş, digər fərqlənənlərə təşəkkür elan etmişdir.
Axırda tanınımış rejissor Vaqif Mustafayevin çəkdiyi və ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Professional” filmi nümayiş etdirilmişdir.