Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

HEYDƏR ƏLİYEV ADINA SARAYDA ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ APARILACAQDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LAYİHƏ İLƏ TANIŞ OLMUŞDUR

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Sarayda aparılacaq əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar hazırlanmış layihə ilə tanış olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verərək bildirdi ki, dövlətimizin başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamında göstərildiyi kimi, Heydər Əliyev adına Sarayın mühüm ictimai-siyasi, mədəni tədbirlərin təşkil edilməsi və həyata keçirilməsində əhəmiyyətini nəzərə alaraq, burada əsaslı təmir və yenidənqurma işləri aparılacaq, Saray müasir avadanlıqla təchiz ediləcəkdir. Bununla əlaqədar Türkiyənin “Pim Proje” şirkəti xüsusi layihə hazırlamışdır. Martın 15-dən Saray fəaliyyətini dayandıracaq, bir ay müddətində yenidən yoxlamalar aparıldıqdan sonra işə başlanacaqdır. “Aqrartikinti” Səhmdar Cəmiyyəti tərəfindən görüləcək işlər 2008-ci ilin sentyabrında başa çatdırılacaqdır.
Prezident İlham Əliyev əvvəlcə layihədə nəzərdə tutulan dəyişikliklərlə tanış oldu, Sarayın təmirdən sonrakı vəziyyətini göstərən şəkillərə baxdı.
“Pim Proje” şirkətinin rəhbəri Cəlal Özkan layihə barədə məlumat verərək, ulu öndər Heydər Əliyevin adını daşıyan Sarayın layihə işlərinin onlara həvalə olunmasına görə təşəkkür edərək dedi ki, bu, bizim üçün böyük fəxrdir. Layihədə binanın xaricində, ətrafında və daxilində görüləcək işlər nəzərdə tutulmuşdur. Binaya mərmər üzlük çəkiləcəkdir.
İLHAM ƏLİYEV: Gərək binanın xarici görünüşü çox gözəl olsun, müasir olsun.
CƏLAL ÖZKAN: İşıqlandırma sistemi tamamilə yenidən qurulacaq, İtaliyadan gətirilmiş xüsusi şüşələr quraşdırılacaq və beləliklə, 24 saat ərzində binanın üzərindən ekran kimi istifadə olunacaqdır. Bu, bizim layihəmizin əsasını təşkil edir. Binanın qarşısından keçən yolda nəqliyyat vasitələrinin dayandırılması üçün avtomat tipli xüsusi sədlər quraşdırılacaq və tədbirlər olan zaman bundan istifadə olunacaq və insanların qarşıdakı parkla əlaqəsi yaranacaqdır.
İLHAM ƏLİYEV: Yəni bütün insanlar buradan rahat keçə bilsinlər.
CƏLAL ÖZKAN: Binanın giriş hissəsinin hündürlüyünü bir metr qaldıracaq və işıqlandıracağıq. Xüsusilə tədbirlər gecə keçirildiyi üçün daha işıqlı olacaqdır.
ƏBÜLFƏS QARAYEV: Cənab Prezident, hazırda giriş hissənin hündürlüyü 3,5 metrdir. Biz bunu bir metr yuxarı qaldırmaqla daha yaraşıqlı edəcəyik.
İLHAM ƏLİYEV: Giriş hissədə neçə qapı olacaqdır?
ƏBÜLFƏS QARAYEV: 7-8 qapı idi, hamısı qalır.
İLHAM ƏLİYEV: Yəni, necə var idisə, elə də qalır.
CƏLAL ÖZKAN: Bəli, amma qapılar avtomatik açılıb-bağlanacaqdır. Görüləcək bütün işlərdə son texnologiyalar, Avropada istifadə olunan materiallar tətbiq ediləcəkdir. Bu bina memarlıq baxımından çox gözəldir. Hazırda 50-yə yaxın memar binada texniki araşdırmaları davam etdirir.
İLHAM ƏLİYEV: Demək olar ki, binanın xarici memarlığı dəyişməz olaraq qalacaqdır. Sadəcə olaraq, biz bunu müasirləşdirəcəyik və yeni texnologiyalar tətbiq olunacaqdır. Sanki yeni bir saray tikilir.
CƏLAL ÖZKAN: Cənab Prezident, tamamilə doğrudur.
ƏBÜLFƏS QARAYEV: Cənab Prezident, dövlət tədbirlərinin burada keçirilməsini nəzərə alaraq, ali və hörmətli qonaqlar üçün nəzərdə tutulan giriş hissədə, eləcə də VİP otaqlarda dəyişiklik ediləcəkdir. Sənətçilər üçün yer də müasirləşdiriləcəkdir. Burada ulu öndərin büstü də qoyulacaqdır.
CƏLAL ÖZKAN: Xüsusi şüşələrin üzərindən ekran kimi istifadə oluna bilər.
İLHAM ƏLİYEV: Bu şüşələrdən içəridə gedən tədbir göstərilə bilərmi?
CƏLAL ÖZKAN: Bəli, lazım olduqda göstərilir.
İLHAM ƏLİYEV: Yəni insanlar bayırdan da tamaşa edə bilərlər.
CƏLAL ÖZKAN: Bəli, xüsusilə mərhum Prezidenti anma günlərində, eləcə də xüsusi əhəmiyyət daşıyan tədbirlər zamanı insanlar salonu bayırdan seyr edə bilərlər.
İLHAM ƏLİYEV: O zaman yollar bağlanacaq, insanlar buradan keçirilən tədbirə baxacaqlar.
CƏLAL ÖZKAN: Hər bir işimizdə yenilik olacaqdır. Foyedə lazer fəvvarələr də yaradılacaqdır.
İLHAM ƏLİYEV: Burada döşəmə, divarlar, tavan - hər şey dəyişir.
CƏLAL ÖZKAN: Foyelərdə nəzərəçarpacaq dəyişikliklər ediləcəkdir. Saatlar, videoekranlar quraşdırılacaq ki, insanlar içəridə olanları seyr edə bilsinlər. Burada xüsusi oturacaqlar qoyulacaq, dizayna uyğun olaraq paltarların asılması üçün işıqlı qarderoblar quraşdırılacaqdır.
İLHAM ƏLİYEV: Hər yer işıqlı olmalıdır.
CƏLAL ÖZKAN: Cənab Prezident, Milli Məclisdə də yeni sistem quraşdırılmışdır. Burada da həmin sistem tətbiq olunacaqdır. Qapılar mərmər döşəmələrə uyğun olacaq, Sarayın kassaları da təmir ediləcək, binanın ümumi görünüşünə uyğunlaşdırılacaq və müasir vəziyyətə salınacaqdır. Səhnənin akustikasının daha da yaxşılaşdırılması üçün hazırda Türkiyənin Ortadoğu Texniki Universitetinin mütəxəssisləri bu istiqamətdə işləri tamamlamışlar. İndikindən yaxşı olacaqdır.
ƏBÜLFƏS QARAYEV: Cənab Prezident, mütəxəssislərlə görüş keçirmişik. Oturacaqlar eyni rəngdə olacaq, əlavə 15-ə yaxın yer artırılacaqdır. Əvvəllər səhnədə yerləşdirilmiş səs qurğuları üçün xüsusi otaqlar ayrılmışdır.
İLHAM ƏLİYEV: İndi burada nə qədər oturacaq var və nə qədər olacaqdır?
ƏBÜLFƏS QARAYEV: 2150 oturacaq var və 2165-ə çatdırılacaqdır.
CƏLAL ÖZKAN: Oturacaqlarda tamaşaçılara xüsusi qulaqcıqlar veriləcəkdir. Bütün dünyada bu sistemdən istifadə olunur. Onlar danışıqları tərcümə vasitəsilə istədikləri dildə dinləyə biləcəklər. Binanın bayır divarlarına üzlüklər xüsusi texnologiya əsasında vurulacaq və zəlzələyə davamlı, uzunömürlü olacaqdır.
Prezident İlham Əliyev Sarayın giriş və daxili qapılarının formasına, ABŞ, Yaponiya, Almaniya, İtaliya və Avstriyada istehsal olunan materialların nümunələrinə, binanın daxilində, xaricində, ön və arxa girişlərdə istifadə olunacaq qranit və mərmərin çeşidlərinə, akustika üçün nəzərdə tutulan vasitələrə baxdı. Binanın sütunlarının yoxlanılması üçün müvafiq tapşırıqlar verərək dedi ki, bu bina 30 ildən artıqdır tikilibdir. Düzdür, təməli möhkəmdir, amma yenə də yoxlamalıyıq. Çünki bu daşlar əlavə ağırlıq verəcəkdir.
Sonra Prezident İlham Əliyev Sarayın xarici və gecə görünüşünü əks etdirən videokadrlara baxdı, səhnəni, foyeləri gəzdi, səhnənin dizaynı, quraşdırılacaq işıqlandırma, isitmə və soyutma sistemi ilə maraqlandı. Dövlətimizin başçısına burada aparılacaq dəyişikliklərlə bağlı məlumat verildi, yeni ekskalatorların quraşdırılacağı da bildirildi.
Prezident İlham Əliyev binanın işıqlandırılması və digər işlərlə bağlı əlavə tövsiyə və tapşırıqlar verərək dedi ki, görüləcək bütün işlərdə dünyada mövcud olan ən müasir texnologiyalar istifadə olunmalıdır. Biz ilk növbədə, bu parkı abadlaşdırdıq, ulu öndərin abidəsi qoyuldu. Əvvəllər park çox bərbad vəziyyətdə idi. İndi çox gözəl olubdur. Biz gərək ətrafdakı binaları da təmir edək. Bura möhtəşəm bir kompleks olacaqdır. Ulu öndər bu binanı 1974-cü ildə tikdiribdir. Biz də buna yeni müasir həyat veririk. Biz Sarayı 2008-ci ilin payızınadək hazır etməliyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub