SİYASƏT
HEYDƏR ƏLİYEV BÜTÜN FƏALİYYƏTİNDƏ TÜRK DÜNYASININ YOLGÖSTƏRƏNİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutu “Heydər Əliyev irsinin tədqiqi və təbliği” İctimai Birliyi ilə birlikdə ümummilli liderimizin xatirəsinə həsr olunmuş mərasim keçirmişdir.
İnstitutun rektoru Məmmədhənifə Musayev Prezident Heydər Əliyevin xilaskarlıq missiyasından, ölkəni parçalanmadan qurtarmasından, milli qürur hissinin oyanışında, mənəvi dəyərlərinin qorunması və zənginləşməsində misilsiz xidmətlərindən danışmış, onu Tanrının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə töhfəsi kimi qiymətləndirmişdir.
“Heydər Əliyev irsinin tədqiqi və təbliği” İctimai Birliyinin sədri Məmməd Əlizadə görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin təbliği ilə əlaqədar qurumun gördüyü işlərdən və qarşıda duran vəzifələrdən geniş bəhs etmişdir.
Çıxış edən alimlər, tələbələr Heydər Əliyevin bütün türk dünyasının yolgöstərəni, xilaskarı olduğunu bildirmişlər.