ELM VƏ TƏHSİL
“HEYDƏR ƏLİYEV DÖVLƏT İDARƏÇİLİK UNİVERSİTETİ”NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov məşğələdə çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, dinimiz, dilimiz, adət-ənənələrimizlə bağlı ümummilli liderimizin imzaladığı fərman və sərəncamların tarixi əhəmiyyətini vurğulamışdır. Rektor eyni zamanda, milli-mənəvi dəyərlərimizin gənclərimizə aşılanmasının vacibliyini diqqətə çatdırmışdır.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, professor Rafiq Əliyev ümummilli liderimiz Heydər Əliyevin dinə ehtiramının nəticəsi olaraq yaranmış bu təşkilatın fəaliyyəti barədə məlumat vermiş, nəzərdə tutulan tədbirlərdən danışmış, dinləyiciləri maraqlandıran çoxsaylı suallara cavab vermişdir.