SİYASƏT
HEYDƏR ƏLİYEV DÜNYANIN TARİXİ PERSPEKTİVİNİ GÖRMƏYİ BACARAN ƏN NÜFUZLU, ƏN İSTEDADLI, ƏN BÖYÜK SİYASİ VƏ DÖVLƏT XADİMLƏRİNDƏN BİRİ İDİ
JAK ŞİRAK (Fransa Respublikasının Prezidenti):
AZƏRBAYCANIN BƏXTİ ONDA GƏTİRİB Kİ, BU ÖLKƏYƏ HEYDƏR ƏLİYEV KİMİ MÜDRİK, UZAQGÖRƏN VƏ NÜFUZLU DÖVLƏT XADİMİ RƏHBƏRLİK EDİR
AZƏRTAC bu silsilədən növbəti materialları oxuculara təqdim edir.
X X X
JAK ŞİRAK (Fransa Respublikasının Prezidenti):
AZƏRBAYCANIN
BƏXTİ ONDA GƏTİRİB Kİ, BU ÖLKƏYƏ HEYDƏR ƏLİYEV KİMİ
MÜDRİK, UZAQGÖRƏN VƏ NÜFUZLU DÖVLƏT
XADİMİ RƏHBƏRLİK EDİR
“Azərbaycanın Avropa ölkələri ailəsində özünə layiq yer tutmasını böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir.
... Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.
... Prezident Heydər Əliyevi Parisdə qəbul etmək mənim üçün böyük sevincdir. Çoxdandır ki, bizim aramızda qarşılıqlı dostluq münasibətlərindən də artıq əlaqələr yaranmışdır. Mən Prezident Heydər Əliyevə dərin hörmət bəsləyirəm”.