SİYASƏT
HEYDƏR ƏLİYEV İRSİ ÖYRƏNİLİR
Yevlax Şəhər İcra Hakimiyyətində “Heydər Əliyevin həyatını və ictimai- siyasi fəaliyyətini öyrənirik” kursunun təşkili münasibətilə seminar- müşavirə keçirilmişdir.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, müşavirədə kursların təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2003-cü ili Heydər Əliyev ili elan etməsi barədə qərarını dərin razılıq hissi ilə qarşıladığı diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, dünya şöhrətli siyasətçi, bütün mənalı ömrünü xalqımızın xoşbəxtliyi naminə şərəfli işə həsr etmiş Azərbaycan Prezidenti Heydər Əliyevin həyat və fəaliyyəti hərtərəfli öyrənilməli və təbliğ olunmalıdır.
Müşavirə iştirakçıları bildirmişlər ki, Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin bu beynəlxalq qurumun sədr müavini və Büro üzvü seçilməsi yevlaxlılarda da böyük qürur və sevinc hissi doğurmuşdur.