ELM VƏ TƏHSİL
“HEYDƏR ƏLİYEV MƏKTƏBİ”NDƏ YENİ DƏRS İLİNİN İLK MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Şamaxı rayonunda fəaliyyət göstərən “Heydər Əliyev məktəbi”nin ilk məşğələsi olmuşdur. Rayon təhsil şöbəsində, mərkəzi xəstəxanada, mədəniyyət şöbəsində, maliyyə idarəsində, ümumiyyətlə, 47 ərazidə keçirilən dərslərdə “Azərbaycan tarixinin Heydər Əliyev dövrü (xalqımızın ümummilli lideri H.Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında ümumi məlumat)” mövzusunda mühazirələr oxunmuşdur. Dinləyicilərin mütəşəkkilliyi və yüksək fəallığı şəraitində keçən dərslərdə türk dünyasının böyük oğlu, dahi şəxsiyyət barədə ətraflı bilgilər verilmişdir.
Üçüncü ildir fəaliyyət göstərən “Heydər Əliyev məktəbi”ndə mühazirə oxumaq üçün respublikanın tanınmış elm, mədəniyyət xadimləri də dəvət olunurlar.