HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏ YENİ İSTİRAHƏT ZONASI YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Gəncənin Heydər Əliyev prospektindəki 9-cu məhəllədə daha bir istirahət zonası istifadəyə verilmişdir. Böyük bir ərazidə qanunsuz tikililər sökülərək burada geniş abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, uşaqların əylənməsi üçün avadanlıqlar quraşdırılmışdır. Açılış mərasimində çıxış edən şəhər sakinləri Prezident İlham Əliyevə Gəncənin bərpası və abadlaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.