ELM VƏ TƏHSİL
“HEYDƏR ƏlİYEV VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi konfrans keçirilmişdir.
Əvvəlcə ulu öndərimiz H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMEA -nın MEK -nın direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva - Kəngərli çıxış edərək dahi rəhbərimiz Heydər Əliyevin müstəqil dövlətin inkişafında və dünyada tanınmasında göstərdiyi əvəzsiz xidmətlərdən danışmış, ümummilli liderimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Digər natiqlər də ulu öndərimiz Heydər Əliyev siyasi irsinin əhəmiyyətindən danışmışlar.