HEYVANDARLIQ MƏHSULLARI İSTEHSALI ARTIR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, respublikanın rayonlarında qaramalın və davarın baş sayı artmaqda davam edir. Yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə inək və camışların sayı 37,5 min baş (3,5 faiz), qoyun və keçilərin sayı isə 248 min baş (3,4 faiz) artmışdır. Bu, heyvandarlıq məhsulları istehsalının yüksəlməsinə səbəb olmuşdur.
Göstərilən müddətdə ət, süd, yumurta istehsalı xeyli artmışdır. Yun istehsalı artaraq 60,7 min tona çatmışdır.