İQTİSADİYYAT
HİNDİSTANDA BEYNƏLXALQ SƏRMAYƏLƏR ÜZRƏ QLOBAL FORUM KEÇİRİLMİŞDİR
İlk gün inkişaf etməkdə olan ölkələrdə sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın rolu ilə bağlı məsələlər müzakirə edilmiş, dövlətlərin daxili və xarici sərmayə siyasəti ilə bağlı fikir mübadiləsi aparılmış, Hindistanın bu sahədə əldə etdiyi nailiyyətlərdən danışılmışdır.
Konfransın sonrakı günlərində isə İnkişafa Rəsmi Yardım Proqramları (İnkişaf etmiş ölkələrin inikişaf etməkdə olan ölkələrə texniki yardım və güzəştli kreditlər şəklində göstərdiyi yardım) ilə xarici sərmayələrin səmərəli şəkildə əlaqələndirilməsi, korporativ öhdəliklər və bu sahədə dövlətin rolundan və sərmayələrin artmasında ixtisaslı işçi qüvvəsinin əhəmiyyətindən bəhs edilmişdir.
Beynəlxalq Sərmayələr üzrə Qlobal Forumun 2005-ci ildə Braziliyada, 2006-ci ildə isə Türkiyədə keçirilməsi təklif edilmişdir.