DÜNYA


HİNDİSTAN BƏRƏSİ QƏZAYA UĞRAMIŞDIR

İTAR-TASS-ın yaydığı məlumata görə, Hindistanın Qərbi Benqal ştatında sərnişin bərəsinin qəzaya uğraması nəticəsində çoxlu insan tələfatı olmuşdur. Polisin məlumatında bildirilir ki, bərə bazar ertəsi gecə Bidya çayında çevrilmişdir.

Çaydan hələlik üç nəfərin cəsədini çıxarmaq mümkün olmuşdur. Qalan sərnişinlərin axtarışı davam edir.

Bərədəki sərnişinlərin dəqiq sayı məlum deyildir. Onda 60-dan 150-yə qədər adamın olduğu güman edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.