RƏSMİ XRONİKA


HİNDİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ATAL BİHARİ VACPAİYƏ

Hörmətli cənab Baş nazir,

Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın mənafeyinə uyğun olaraq, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2004-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin