Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

HİNDİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ATAL BİHARİ VACPAİYƏ

Hörmətli cənab Baş nazir, 

Hindistan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, xalqlarımız arasındakı dostluq münasibətləri ikitərəfli əlaqələrimizin genişlənməsində həmişə mühüm rol oynayacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

12 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin