RƏSMİ SƏNƏDLƏR


HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB AVUL PAKİR CAYNULABDİN ƏBDÜL KALAMA

Hörmətli cənab Prezident,

Hindistan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Xalqlarımızın bir-birinə bəslədiyi rəğbət və dostluq hisslərini yüksək qiymətləndirirəm. Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı hərtərəfli əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

12 avqust 2002-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin