Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜL KALAMA

Hörmətli cənab Prezident, 

Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasında münasibətlərə böyük əhəmiyyət verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rəğbətindən doğan Azərbaycan-Hindistan dostluğu daim yaşayacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin