DÜNYA


HİNDİSTAN XARİCİ İŞLƏR NAZİRİNİN BƏYANATI

AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Hindistanın xarici işlər naziri Yaşvant Sinha bildirmişdir ki, onun ölkəsi bütün qonşu dövlətlərlə, eləcə də Pakistanla sülh və dostluq əlaqələrini inkişaf etdirməyə hazırdır. O demişdir: “Nyu-Dehli ilə İslamabad arasında elə problemlər yoxdur ki, onları xoş məramlı prinsip əsasında dialoq yolu ilə həll etmək mümkün olmasın”.

Hindistan hesab edir ki, daha geniş ikitərəfli iqtisadi əməkdaşlıq, ictimaiyyət səviyyəsində mədəni mübadilələr və əlaqələr bütün fikir ayrılıqlarının, o cümlədən Kəşmirlə bağlı problemin aradan qaldırılması üçün əlverişli şərait yaradılmasına kömək edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.