DÜNYA
“HİZBURT-TƏHRİR” REGİONDA FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qırğızıstan hökumətinin bu məsələ ilə bağlı keçirilən iclasında baş nazir Nikolay Tanayev bildirmişdir ki, əvvəllər Özbəkistanın Fərqanə vadisində sülh yolu ilə İslam Xilafəti qurmağı qarşılarına məqsəd qoyan “Hizbut-Təhrir”in üzvləri indi öz məqsədlərinə nail olmaq üçün silahlı yoldan istifadə etməyi planlaşdırırlar.
Qırğızıstan Milli Təhlükəsizlik xidməti sədrinin müavini Tokan Mamıtov isə demişdir ki, əvvəllər ölkənin şimal rayonlarında fəaliyyət göstərən ekstremistlər, indi də cənub rayonlarına ayaq açmışlar. Onlar son vaxtlar öz sıralarına qadınları, gəncləri və hərbçiləri cəlb edirlər ki, bu da çox təhlükəlidir. Son beş ildə ölkədə dinlərarası ədavəti qızışdırmağa görə 350-dən artıq adam məsuliyyətə cəlb edilmişdir və onların da yarısı bu təşkilatın üzvləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]