Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

H.M.PAŞAYEVİN YENİDƏN AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ ÜZVÜ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qərara alıram:

Namizədliyi Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Hüseyn Məmməd oğlu Paşayev yenidən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin