DÜNYA


HÖKUMƏTİN QƏRARINA QARŞI ETİRAZ NÜMAYİŞİ KEÇİRİLMİŞDİR

Fransa hökumətinin müsəlman qızların məktəblərə və ictimai yerlərə dini rəmz daşıyan örtüklə getmələrini gələn ildən qadağan edəcək yeni qərarına etiraz əlaməti olaraq Parisdə 3 min nəfər etiraz nümayişi keçirmişdir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkənin Lil, Nansi və Strasburq şəhərlərindən gəlmiş yüzlərlə gənc qız onlara qoşulmuşdur. Fransa müsəlmanları partiyasının daha radikal qüvvələrinin çağırışı ilə Strasburqdakı nümayişdə 650 nəfər iştirak etmişdir. Avinondakı nümayişə 50 nəfər çıxmışdır.

Aksiya iştirakçıları Fransa kimi bir demokratik dövlətdə dünyəvi cəmiyyətin bərqərar olmasına çalışan hökumətin gələcək yeni qərarına kəskin etirazlarını bildirmişlər. Nümayişlərdə çıxış edənlərin bəziləri baş örtüyü əleyhinə qərarı islama qarşı təzyiq faktı kimi qələmə verməyə cəhd göstərmişlər.

Nümayişlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.