Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

HÖKUMƏTLƏRARASI FELDYEGER RABITƏSI HAQQINDA SAZIŞ"IN VƏ "HÖKUMƏTLƏRARASI FELDYEGER RABITƏSI HAQQINDA SAZIŞƏ DÜZƏLIŞLƏR EDILMƏSI BARƏDƏ PROTOKOL"UN TƏSDIQ EDILMƏSI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 1993-cü il yanvarın 22-də Minsk şəhərində keçirilmiş iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "Hökumətlərarası feldyeger rabitəsi haqqında Saziş" və 1997-ci il martın 27-də Moskva şəhərində keçirilmiş iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "Hökumətlərarası feldyeger rabitəsi haqqında Sazişə düzəlişlər edilməsi barədə Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

27 sentyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin