İQTİSADİYYAT
HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN İLK İCLASI NOYABRIN SONUNDA BAKIDA KEÇİRİLƏCƏK
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tasım Cəmil AZƏRTAC-ın müxbirinə demişdir ki, müştərək komissiyanın iclasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə müəssiələrin yaradılması və digər məsələlərin müzakirə ediləcəyi, gömrük sahəsində əməkdaşlığa dair sazişin imzalanacağı gözlənilir.
Diplomat onu da bildirmişdir ki, dövlət başçılarının birgə səyi nəticəsində iki ölkə arasında iqtisadi-siyasi əlaqələr hazırda yüksələn xətt üzrə inkişaf edir.
Rəsmi Buxarest münasibətlərimizin getdikcə möhkəmlənməsində maraqlıdır - deyən Tasım Cəmil, dünya miqyaslı siyasətçi Heydər Əliyevin siyasi xəttinin Azərbaycanda bundan sonra da davam etdiriləcəyinə və Prezident İlham Əliyevin fəaliyyəti dövründə əlaqələrmizin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]