İQTİSADİYYAT
HOLLANDİYANIN NMSP PROQRAMI HƏYATA KEÇİRİLİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Hollandiyanın NMSP proqramı ilə əməkdaşlığı davam edir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, bu əməkdaşlıq çərçivəsində ASK-nın xətti ilə ekspertlər dəvət olunmuşlar. Bundan məqsəd ölkəmizdə turizmin inkişaf etdirilməsi, işçilərin peşəkar səviyyəsinin artırılması, məhsulun bazara çıxarılması və reallaşdırılması, sərmayəçilərin cəlb edilməsi və digər sahələrdə məsləhətlər verməkdir.
ASK-nın xətti ilə bu vaxtadək respublikaya 50-dən çox ekspert dəvət olunmuşdur. Onlar yerli şirkətlərə fəaliyyət sahələrini daha da genişləndirməkdə, dünya standartlarına uyğunlaşdırmaqda, xarici şirkətlərlə iqtisadi əlaqələrin qurulmasında, biznes planlarının tərtib olunmasında və s. sahələrdə kömək göstərmişlər.