İQTİSADİYYAT
HONKONQDA ZİRVƏ TOPLANTISI KEÇİRİLƏCƏKDİR
Mayın 12-16-da Honkonq şəhərində İnformasiya-rabitə texnologiyaları üzrə zirvə toplantısı keçiriləcəkdir. Toplantıda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə Ə.Abbasov “İnkişaf etməkdə olan ölkələrdə informasiya-rabitə texnologiyalarının iqtisadi problemləri və perspektivləri” mövzusunda baş məruzəçi kimi çıxış edəcəkdir.
Nazir Azərbaycanın informasiya və rabitə texnologiyaları bölməsinə sərmayələrin cəlb olunması, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə yerli və əcnəbi rəsmilərlə danışıqlar aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:24]
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
- 19.04.2024 [16:26]
Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib
- 19.04.2024 [16:10]
“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub
- 19.04.2024 [15:45]
Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib
- 19.04.2024 [15:35]
Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb
- 19.04.2024 [14:58]