CƏMİYYƏT


Hacı Ali Açıkgül: İşğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəyik

Bakı, 23 sentyabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə ölkəmizə səfərə gələn İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ermənilərin işğalçılıq dövründə pozduğu bütün insan, mədəni, dini haqların hər biri aktlaşdırılacaq. Sədr müavini sentyabrın 24-də azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəklərini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı hesabat 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.