İDMAN


Hacı Əliyev: Əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də idmançıları tək qoymadı və bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm.

AZƏRTAC xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) jurnalistlərə müsahibəsində deyib.

“2017-ci ildə Bakıdakı Oyunlarda da qalib gəlmişdim. Sevindirici haldır ki, burada da qızıl medal qazandım. Dörddəbir final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşdim. Mənə qarşı çox haqsızlıq oldu. Amma buna baxmayaraq, xalçada öz gücümü göstərdim”, - deyə güləşçi əlavə edib.

Əsas hədəfinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu deyən H.Əliyev bildirib ki, qarşıda dünya çempionatı var: “Orada iştirak edib-etməyəcəyimi bilmirəm. Bütün gücümü Olimpiadaya saxlamaq istəyirəm. Gələn il lisenziya turnirləri var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.