İDMAN


Hacı Əliyev: Güləşçilərimizin fiziki hazırlığı yüksək səviyyədədir

Bakı, 19 sentyabr, AZƏRTAC

Məşqlərimiz açıq havada davam edir. Dekabrda dünya çempionatı keçirilə bilər. Biz həmin yarışa hazırlaşırıq.

AZƏRTAC xəbər verir ki, bunu sərbəst güləş üzrə Olimpiadanın bürünc medalçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev sentyabrın 19-da sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın açıq məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.

Güləşçi bildirib ki, ancaq dünya birinciliyi ləğv olunsa belə, yenə də məşqlərimizi davam etdirməliyik. Əsas məqsədimiz formada qalmaqdır. Karantin dövründə daha çox fiziki hazırlığa üstünlük vermişik. Mənə elə gəlir ki, güləşçilərimizin fiziki hazırlığı yüksək səviyyədədir. Sərt karantin günlərində də məşqlərimizə ara vermədik. Ev şəraitində məşq edirdik.

Xatırladaq ki, Dünya Güləş Birliyi (UWW) dekabrın 1-dək beynəlxalq yarışların bir qismini təxirə salıb, böyük əksəriyyətini isə ləğv edib. Bunlar arasında U-15 Avropa çempionatı, yeniyetmələr və 23 yaşadək güləşçilər arasında dünya və Avropa çempionatları, eləcə də gənclər arasında qitə birinciliyi də var. Qurum oktyabrın 5-də baş tutacaq İcraiyyə Komitəsinin iclasında pandemiyanın inkişaf tempini nəzərə alaraq Serbiyada təşkil olunması nəzərdə tutulan dünya çempionatının taleyinə aydınlıq gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.