CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən avtoqəzada yaralananlara lazımi tibbi yardım göstərilir
Bakı, 22 noyabr, AZƏRTAC
Ötən gecə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 3-ü reanimasiya, 1-i travmatologiya şöbəsinə yerləşdirilib, yaralıların müalicəsi davam edir.
Üç nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.