REGİONLAR
Hacıqabul-Horadiz magistralı-İmişli avtomobil yolunun inşası başa çatıb
İmişli, 27 iyul, Mahir Babayev, AZƏRTAC
Hacıqabul-Horadiz magistralı-İmişli avtomobil yolunun inşası başa çatıb.
AZƏRTAC xəbər verir ki, tikintisinə bu ilin əvvəlindən başlanan yolun yatağı genişləndirilib, bir neçə yerdə suötürücü qoyulub, ikiqat asfalt örtüyü döşənib. Artıq yol sürücülərin istifadəsinə verilib.
Yol istifadəyə verildikdən sonra rayonun bir neçə yaşayış məntəqəsinə və İmişli şəhərindən Hacıqabul-Horadiz avtomobil yoluna daha rahat çıxmaq mümkün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]