İQTİSADİYYAT


Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti açıqlanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Emin Axundov deyib.

“Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır. Burada istehsal olunan pikapların qiyməti isə 50-70 min arasında dəyişəcək. Avtomobilləri “General Motors”un razılığı ilə Türkiyə bazarında satmağı hədəfləyirik. Avtomobillərin ehtiyat hissələrinin də Azərbaycanda istehsalı ilə bağlı razılıq əldə edilib”, - deyə E.Axundov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.