REGİONLAR


Hacıqabul Sənaye Məhəlləsində orqanik gübrə istehsalı idxaldan asılılığı aradan qaldıracaq VİDEO

Hacıqabul, 15 may, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul rayonunda yerləşən Sənaye Məhəlləsində fəaliyyətə başlayan orqanik gübrələr müəssisəsində 42 növdə gübrə istehsal olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Sənaye Məhəlləsində orqanik gübrələrin istehsalına başlanılıb.

AZAGROMİLA şirkətinin direktoru Ramazan Karaşahinin sözlərinə görə, orqanik gübrə istehsalı Azərbaycanda bir ilkdir. Burada istehsal olunan gübrələr tərkibinə görə seçilir və əsasən orqanik və mineral xammallardan hazırlanır. Orqanamineral gübrələrin hazırlanması üçün 112 növ müxtəlif təbii xammaldan istifadə edilir. Müəssisə fəaliyyətə başladığı vaxtdan 30 növ müxtəlif çeşiddə orqanik gübrələr istehsal edilib. Əvvəllər belə tərkibli gübrələr ölkəyə xaricdən gətirilirdi. Lakin istehsal olunacaq gübrələr hesabına bu təminat ödənildiyi üçün idxaldan asılılıq aradan qalxacaq. Həmçinin Sənaye Məhəlləsində istehsal olunan məhsulların Ələt terminalı vasitəsilə Xəzər dənizinə çıxarılaraq qonşu ölkələrə satılması planlaşdırılır. Artıq bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar da aparılıb. Müəssisə il ərzində 9 min ton istehsal gücünə malikdir. Hacıqabul Sənaye Məhəlləsində müəssisə üçün 1800 kvadratmetrlik bina ayrılıb . Müəssisə hesabına daimi iş yerlərinin də açılmasına şərait yaradılıb. Artıq 30 nəfər işlə təmin olunub. Gələcəkdə müəssisənin fəaliyyət dairəsi genişləndikcə işçi sayının da artırılması nəzərdə tutulur. Müəssisədə istehsal fəaliyyətinin həyata keçirilməsi üçün müasir standartlara uyğun cihazlar quraşdırılıb. Gübrələr minimum 1 kq-dan başlayaraq 20 kq-dək qablaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.