İQTİSADİYYAT
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti Rusiya şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 20 may, AZƏRTAC
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC ilə Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” çərçivəsində Rusiyanın “Sollers” şirkəti ilə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC arasında ölkəmizdə “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur.
Memorandumu "Sollers" şirkətinin baş direktoru Nikolay Sobolev və “Azərmaş” MMC-nin sədri Emin Axundov imzalayıblar.
Qeyd edək ki, "Sollers" şirkəti UAZ (Ulyanovsk Avtomobil Zavodu) yolsuzluq və yüngül kommersiya avtomobillərini və ZMZ (Zavoljski Motor Zavodu) benzin mühərriklərini istehsal edən Rusiyanın avtomobil şirkətidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]