CƏMİYYƏT


Hacıqabul rayonu ərazisində yol kənarında qadın cəsədinin tapılması ilə əlaqədar cinayət işi başlanıb

Bakı, 31 iyul, AZƏRTAC 

İyulun 30-da saat 10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol kənarında üzərində bir ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitinin aşkarlanması barədə məlumat daxil olub.

Hacıqabul Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla meyitin 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya məxsus olması müəyyənləşdirilib.

Cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində hazırda prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.