CƏMİYYƏT


Hacıqabul rayonu sakinində qanunsuz silah aşkarlanıb

Bakı, 22 noyabr, AZƏRTAC

Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildirilib ki, onun üzərinə keçirilən baxış zamanı gödəkcəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.