REGİONLAR
Hacıqabul sakinindən silah və narkotik maddə götürülüb
Hacıqabul, 10 may, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul sakininin üzərindən narkotik maddə və odlu silah aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Ələkbərov saxlanılıb.
İ.Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman ondan kağız bükümdə narkotik maddə olan tiryək, lüləsi və qundağı kəsilmiş bir ədəd odlu silah aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]