CƏMİYYƏT


Hacıqabul və Biləsuvar rayonlarında qanunsuz ovla məşğul olanlar cərimələniblər

Bakı, 29 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının respublika ərazisində birgə keçirdikləri reyd zamanı Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində icazəsiz ov edən şəxslər saxlanılıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerin rayon sakini İmran Məmmədov olduğu müəyyənləşib. Ondan adları “Qırmızı Kitab”a düşmüş ütəlgi, muymulu və qaragöz quşları, eləcə də ov alətləri götürülüb. Təqsirkar inzibati qaydada 2000 manat məbləğində cərimələnib.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları isə Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən 3 nəfəri saxlayıblar. Onlardan 3 ov tüfəngi götürülüb.

Araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Cavid Nehmətov, Murad Niftullayev və Miryusif Əzizli olduğu müəyyənləşib və onların hər biri inzibati qaydada 1000 manat məbləğində cərimələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.