REGİONLAR
Hacıqabulda 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi açılıb
Hacıqabul, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə şəhər Folklor klubunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya hazırlanıb. Ədəbi-bədii kompozisiyada şəhidlərimizin əbədiyaşarlığı, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmçinin zaman-zaman başımıza gətirilən faciələri özündə əks etdirən rəsmlərdən ibarət sərgi də açılıb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb, klubun foyesində açılan sərgiyə baxış keçirilib.
İştirakçılar ədəbi-bədii kompozisiyaya da baxıblar.