REGİONLAR


Hacıqabulda 210 ton yun istehsal olunub

Hacıqabul, 21 may, Mahir Babayev, AZƏRTAC

Hacıqabulun qoyunçuluq təsərrüfatlarında yun qırxımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda qoyunçuluqla məşğul olan fermerlər 138 min 432 baş qoyunun hər birindən 2 kiloqram yun qırxmaqla, 210 ton yun əldə ediblər.

Fərdi təsərrüfatlarda isə yun istehsalı daha yüksək olub. Qarasu kənd sakini, fermer Qabil Abdullayev yun istehsalında daha yüksək nəticə əldə edib. O, bəslədiyi 1400 baş qoyunun hər birindən 2,2 kiloqram yun qırxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.