REGİONLAR


Hacıqabulda 2 min hektardan çox sahədə yazlıq bitkilər əkilib

Hacıqabul, 22 may, Mahir Babayev, AZƏRTAC 

Hacıqabulda cari ilin məhsulu üçün yazlıq bitkilər əkini davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları ilin ötən 4 ayı ərzində 2814 hektar sahədə yazlıq bitkilər əkini aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur. Əkin aparılmış sahələrin 156,8 hektarını çuğundur, 611 hektarını yonca, 46 hektarını kartof, 407 hektarını tərəvəz, 695 hektarını bostan bitkiləri, 400 hektarını pambıq, 14 hektarını isə kələm bitkisi təşkil edir.

Rayonda yazlıq bitkiləri əkini davam edir.

Qeyd edək ki, yaz tarla işlərinə rayon üzrə ümumilikdə 1532 nəfər işçi cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.