REGİONLAR


Hacıqabulda 36 min 933 hektar sahədə taxıl əkilib

Hacıqabul, 19 yanvar, Mahir Babayev, AZƏRTAC 

Hacıqabulda payızlıq taxıl əkini başa çatıb. Səpin kampaniyasına mütəşəkkil başlayan hacıqabullu əkinçilər qısa müddətdə 36 min 933 hektar sahəyə toxum səpiblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səpin aparılan sahənin 11008 hektarı arpa, 25925 hektarı isə buğda sahəsidir. Məhsul istehsalçıları səpin zamanı yüksək reproduksiyalı məhsuldar toxumların əkininə üstünlük veriblər. Əkinçilər, həmçinin 385 hektarda yonca və 321 hektar sahədə yaşıl yem üçün xəsil də əkiblər.

Ən çox taxıl əkən “AGRO DAIRY” MMC-nin əkinçiləri olub. Onlar gələn ilin məhsulu üçün 21500 hektar sahədə əkin aparıblar ki, bunun da 1670 hektarı arpa, 19830 hektar buğda sahəsidir.

Qeyd edək ki, hacıqabullu taxılçılar ötən il zəmilərdən 107 min 500 ton məhsul götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.