ELM VƏ TƏHSİL


Hacıqabulda 4 məktəbli qız dərzi peşəsinə yiyələnib

Bakı, 26 noyabr, AZƏRTAC 

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində Hacıqabul rayon Talış kənd məktəbinin ibtidai sinif müəllimi Səbinə Əhmədovanın fərdi kateqoriya üzrə qalib olmuş "Şagirdlərin peşə bacarıqlarının artırılması" layihəsi yekunlaşıb.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, bununla bağlı Hacıqabul şəhər 10 saylı məktəbdə keçirilən tədbirdə layihədə iştirak edən 4 məktəbli qıza sertifikatlar təqdim olunub.

Hacıqabul rayonunun Talış kəndini əhatə edən layihə üzrə VII, VIII və IX sinif şagirdləri olan 4 qız dərzi peşəsinin ilkin bilik və bacarıqlarına yiyələnib.

Xatırladaq ki, layihə üzrə işlərə sentyabrın 1-dən start verilib. Sentyabrın 15-dən isə dərzilik məşğələləri başlayıb. Məşğələlər uzun illər iş təcrübəsinə malik təcrübəli dərzi tərəfindən aparılıb.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunub. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.