REGİONLAR


Hacıqabulda 4 min tondan çox tərəvəz yığılıb

Hacıqabul, 16 avqust, Mahir Babayev, AZƏRTAC

Hacıqabulun məhsul istehsalçıları indiyədək becərdikləri sahələrin 79,6 faizinin məhsulunu yığıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında hacıqabullu əkinçilər 530 hektar sahədə tərəvəz əkiblər. Bu da ötən ildəkindən 82 hektar çoxdur. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Fermerlər bu günədək 422 hektar tərəvəz sahəsindən 4773 ton məhsul yığıblar.

Tədarük olunan məhsulun 1116 tonu xiyar, 1400 tonu pomidor, 2424 tonu badımcan, 70,8 tonu bibər, 69,5 tonu soğan, 58 tonu sarımsaq, 515,2 tonu isə kartofdur.

Rayonda tərəvəz yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.